Pulemyot

1938-ci ildə istehsal olunmuş "ДШК" pulemyotu.

Pulemyot — yerdə, suda və havadakı hədəfləri gülləyə tutmaq üçün dayaqlı avtomat atıcılıq silahı. Patronlar pulemyota patron mağazasından (qutusundan) və ya xüsusi lent vasitəsilə verilir. Pulemyotdan fasiləsiz, qısa (10 atəşədək), uzun (30 atəşədək) növbələrlə, bəzilərindən isə tək-tək atəş açmaq olur. Atəş sürəti normal (dəqiqədə 600–800 atəş) və yüksək (dəqiqədə 3 min və daha cox atış) olan pulemyotlar mövcuddur. Pulemyotlar mexaniki, optik və s. nişangahlarla təchiz edilir. Lüləsi adətən, hava ilə soyudulur. Kalibrinə görə kiçikçaplı (6,5 mm-dək), ortaçaölı (6,5–9 mm), iriçaplı (9–14,5 mm), quruluşuna və taktiki istifadəsinə görə əl pulemyotu, dəzgahlı pulemyot, habelə zenit, tank, aviasiya pulemyotu növlərinə ayrılır. İlk pulemyotu 1883-cü ildə H. S. Maksim ixtira etmişdir.[1]

  1. Пулемјот // Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. VIII ҹилд: ПрадоСпринт. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1984. С. 45.

Developed by StudentB